“Yuventus” Osimheni trasnfer etmək istəyir: Amma bir əngəl var
“Yuventus” klubu “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin transferini reallaşdırmaq üçün yollar axtarır.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Transferin baş tutmasında əsas maneə İstanbul klubu ilə “Napoli” arasında mövcud olan xüsusi razılaşmadır. Həmin müqaviləyə əsasən, Osimhen Serie A klubuna keçərsə, “Qalatasaray” “Napoli”yə böyük məbləğdə cərimə ödəməlidir.
Bu maddə 1 sentyabr 2027-ci ilə qədər qüvvədə qalacaq. Hal-hazırda cərimə məbləği 70 milyon avrodur, lakin növbəti mövsümdən etibarən bu məbləğ 50 milyon avroya enəcək. Bundan əlavə, “Napoli” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 10 faizini də alacaq.
“Yuventus” rəhbərliyi Osimheni transfer etmək və eyni zamanda bu böyük cəriməni ödəməmək üçün alternativ variantlar üzərində işləyir.
Bu mövsüm nigeriyalı hücumçu klub səviyyəsində keçirdiyi 24 oyunda 16 qol vurub və 5 məhsuldar ötürmə verib.
Aut.az
