İngiltərəİtaliya

“Yuventus” dünya çempionu ilə anlaşdı

“Aston Villa” və Argentina millisinin qapıçısı Emiliano Martines tezliklə “Yuventus”un oyunçusu ola bilər.

Aut.az xəbər verir ki, insayder Canluka di Martsionun sözlərinə görə, tərəflər artıq üç illik müqavilə barədə razılığa gəliblər.

Eyni zamanda, futbolçu “Aston Villa”da aldığı ilə müqayisədə maaşının azaldılmasına razı olub.

33 yaşlı Martines Argentina millisi ilə 2022-ci il Dünya Kubokunun və ötən mövsüm Avropa Liqasının qalibi olub.

Aut.az