İngiltərə

Satılmayacaq, yeni mövsümdə “Yunayted” üçün əsas oyunçu olacaq

“Mançester Yunayted” rəhbərliyi yay transfer pəncərəsi dövründə hücumçu Amad Diallonu satmamaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Futbolçu digər klubların maraq və təkliflərinə baxmayaraq komandada qalacaq. “Mançester Yunayted” nümayəndələri Fil Dişi Sahilindən olan futbolçunu komanda üçün əsas oyunçu hesab edirlər.

Diallo 2025/26 mövsümündə 33 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az