Dünya futboluİngiltərə

Krespo bu komandadakı karyerası haqda: Ailəm və mənim üçün çətin idi

“Çelsi”nin sabiq hücumçusu Ernan Krespo London klubunda daha uzun müddət oynamaq istədiyini etiraf edib.

Aut.az xəbər verir ki, Krepso bu haqda BBC-yə bildirib:

“Həmişə deyirəm ki, fərqli bir həyat yaşamaq istərdim, “Çelsi”də daha çox vaxt keçirə biləcəyim bir həyat yaşamaq istərdim. İndi böyümüşəm, bunu anlamaq üçün “Çelsi”yə qayıtmaq istərdim.

O vaxtlar şəxsən mənim üçün çox çətin bir dövr idi. “Çelsi”dəki günlərim və ailəm üçün asan deyildi – amma azarkeşlər möhtəşəm idilər”.

Ernan Krespo 2003-cü ildən 2008-ci ilə qədər fasilələrlə “Çelsi”də oynayıb. O, London klubunun heyətində bütün yarışlarda 73 oyunda iştirak edib, 25 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az