Azərbaycan futbolu

Natiq Muxtarlı: “Azərbaycan futbolu pulun səmərəsiz istifadəsinin mərkəzinə çevrilib”

“Onların Azərbaycan futbolunun bugünkü vəziyyətində heç bir günahı yoxdur.

AFFA-dan soruşmaq lazımdır: Belçikalılara hazırlatdığınız 5 milyonluq futbolun inkişaf strategiyası haradadır? İki il yarım ərzində nə iş görmüsüz? Hansı bölgəyə getmisiz? Hansı rayonda, hansı kənddə futbol məktəbi açmısız? Futbolçular bölgələrdədir, rayonlardadır, potensial oradadır. Azərbaycan futboluna oyunçular məhz oradan gəlməlidir.

Bu proseslər başlamadıqca, infrastruktur qurulmadıqca, təməl qoyulmadıqca Azərbaycan futbolundan heç nə gözləyə bilmərik. Azərbaycan futbolunun sağlam təməli yoxdur. Təməl qurulmadıqda isə nəyisə ummaq mümkün deyil. Hər şey bu qədər sadədir”.

Natiq Muxtarlı