Usık karyerası ilə bağlı qərar verdi
Ukraynalı boksçu Aleksandr Usik WBC çempionluq kəmərinin məcburi müdafiə döyüşündə Agit Kabayelə qarşı çıxış etməyə razıdır.
Aut.az xəbər verir ki, Usik və komandası karyerasını bitirməyi planlaşdırmır. Boksçu hazırda istirahət etmək, daha sonra isə ilin sonu və ya gələn ilin əvvəlində keçirilməsi planlaşdırılan döyüşlə bağlı danışıqlara başlamaq niyyətindədir.
Mayın 23-də Misirin Qiza şəhərində “Glory in Giza” adlı boks şousu keçirilib. Gecənin əsas döyüşü Ukrayna çempionu Aleksandr Usik ilə Niderland kikboksçusu Riko Verhoven arasında baş tutub. Döyüş ukraynalı üçün çətin keçsə də, Usik 11-ci raundda rəqibini nokaut etməyi bacarıb.
Aut.az
