İspaniya

Peres rəqibinin vədləri haqda: “Utanc hissi və vicdanı olmayanlar…

Florentino Peres azarkeşlərə müraciət prezident seçkilərindəki rəqibi Enrike Rikelmenin qalib gələcəyi təqdirdə Erlinq Haalandla müqavilə imzalayacağı və  “Liverpul”un keçmiş məşqçisi Yurgen Kloppun təyinatı ilə bağlı sözlərinə inanmamağa çağırıb.

Aut.az xəbər verir ki, İspaniya mə\tbuarı Peresin szölərini sitat gətirib:

“Nə utanc hissi, nə də vicdanı olmayanlar var və onlar klub üzvlərini aldatmaq üçün “Real” formasından istifadə edirlər. Bir televiziya şousunda saxta bir süjet yayımlandı və bir neçə dəqiqə sonra oyunçunun nümayəndəsi, atası və klubun özü bunu təkzib etdi və məhkəmə ilə hədələdi. Bu absurdluq bizi utandırır.

Dünən gecə məşqçinin adını elan etdilər və bir neçə dəqiqə sonra o, onlara narahat olmamağı tapşıraraq cavab verdi. Ciddi deyirəm, bu cənablar üçün hər şey qaydasındadır. “Real Madrid” forması yalanlarla ləkələnməməlidir. Kalderonun rəhbərliyi altında keçirdiyi o “qara” üç illik dövrdən bezdik və indi hər şey geri qayıdır. Klub üzvləri nəyin təhlükədə olduğunu bilirlər.

Onların işlərə yanaşması ilə mənim yanaşmam arasında… Mənimki qalib gəlməyə davam etməkdir”.

Aut.az