“Real”ın oyununun vaxtı dəyişdirdildi
La Liga rəhbərliyi 27-ci turun “Selta” – “Real Madrid” oyununun gününü dəyişib.
Aut.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb.
Matç Madrid təmsilçisin xahişi ilə 7 mart şənbə günündən 6 mart cümə gününə keçirilib. Viqodakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Beləliklə, Alvaro Arbeloanin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının 1/8 finalında “Mançester “Siti” ilə keçiriləcək ilk oyundan əvvəl bərpa üçün əlavə bir gün qazanacaq. Həmin qarşılaşma 11 martda baş tutacaq.
Aut.az
