DÇ-2026: Kapello favoritlər və Türkiyə yığması haqda nə deyib?
Məşhur məşqçi Fabio Kapello qarşıdan gələn Dünya Kuboku haqqında danışıb.
Aut.az xəbər verir ki, Kapello favoritlər və Vinçentso Montellanın baş məşqçi olduğu Türkiyə millisi haqda danışıb. “La Gazzetta dello Sport” qəzeti Kapellodan sitat gətirib: “Fransa və İspaniya əsas favoritlərdir; onların əla keyfiyyətli oyunçuları var. Mən həmçinin Tomas Tuxelin İngiltərəsi ilə çox maraqlanıram. Almaniya zirvədən bir qədər geriləyib, ona görə də onların bu Dünya Kubokundakı çıxışını səbirsizliklə gözləyirəm. A
Amma mən Karlo Ançelottinin Braziliyasına azarkeşlik edəcəyəm. O, istənilən mühitə tez uyğunlaşa bilən inanılmaz bir insandır və bu, Braziliyada asan deyil.
Türkiyə millisi? Montellanın maraqlı komandası var. Onlar xarakter və özünəinamla oynayırlar. Çalhanoğlu bu komanda üçün son dərəcə vacibdir və Yıldız rəqiblərə çoxlu problem yaratmağa qadirdir – o, meydanda fərq yaradır”.
Dünya Kuboku 11 iyunda başlayır.
Aut.az
