İtaliya

“Yuventus” rəsmisi açıqladı: Ulduz futbolçu azad agent olacaq

“Yuventus”un futbol strategiyası üzrə direktoru Corco Kyellini hücumçu Duşan Vlahoviçlə yeni müqavilənin maliyyə şərtləri ilə bağlı razılıq əldə edə bilmədiklərini təsdiqləyib.

Aut.az xəbər verir ki, 26 yaşlı serbiyalı futbolçu bu yay Turin klubu ilə müqaviləsinin başa çatması səbəbindən azad agent statusu alacaq.

“Çox təəssüf edirəm. O, son ana qədər “Yuventus”a sadiq qaldı. Söhbət ciddi və peşəkar insandan gedir. Belə rəqəmlərlə onun İtaliyada qalması mümkün deyil. Hər halda, o, özü üçün daha yaxşı müqavilə şərtləri axtarmaq hüququna malikdir”, – deyə Kyellini “Sky Sport”a açıqlamasında bildirib.

Duşan Vlahoviç 2022-ci ildən “Yuventus”un formasını geyinir. O, Turin təmsilçisinin heyətində keçirdiyi 168 oyunda 68 qol vurub.

Aut.az