İtaliyaTürkiyə

“Qalatasaray”ı bəyənmədi

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni “Qalatasaray”a keçmək istəməyib.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat verib. Onun sözlərinə görə, 25 yaşlı amerikalı Turin klubunda qalmaq niyyətindədir.

Makkenni 2022/23 mövsümünü icarə əsasında “Lids”də keçirib. Amerikalı İngiltərə klubunda 20 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Daha əvvəl “Yuventus”un yarımmüdafiəçini heyətdən çıxararaq transfer bazarına çıxardığı məlum olub.

Aut.az