İspaniya

“Barselona” onu Fransa klubuna satır

Yarımmüdafiəçi Mark Kasado “Barselona”nı tərk etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, futbolçunun “Monako”ya transferi 95 faiz tamamlanıb. Müqavilənin dəyəri təxminən 18 milyon avro olacaq. Bundan əlavə, Kataloniya klubu bonuslar şəklində gələcəkdə daha 5 milyon avro qazana bilər.

Məlumata əsasən, “Barselona” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizini özündə saxlamaq üçün də danışıqlar aparır. Kasado isə “Monako”da qazandığından üç dəfə artıq maaş alacaq.

23 yaşlı yarımmüdafiəçinin qərarında “Monako”nun UEFA Konfrans Liqasına vəsiqə qazanması da mühüm rol oynayıb. Bu, ona növbəti mövsümdə avrokuboklarda çıxış etmək imkanı verəcək.

Transferin bu həftə ərzində tam rəsmiləşdiriləcəyi gözlənilir.