İspaniya

Mandeladan sitat gətirdi, Fələstini dəstəklədi

“Betis”in futbolçusu Nabil Fekir, İsraillə münaqişənin kəskinləşməsi fonunda Fələstini dəstəkləyib.

Aut.az xəbər verir ki, Fekir “X” hesabında Nelson Mandelanın fotosunu yerləşdirib Cənubi Afrikanın sabiq  prezidentinin 1997-ci ildə çıxışı zamanı dediyi sitatı əlavə edib: “Fələstinlilərin azadlığı olmadan bizim azadlığımız natamam olacaq”.

“Fələstin xalqına və aparteid altında çox uzun müddət əziyyət çəkən qardaş və bacılarımıza sarsılmaz dəstək. Qoy ədalət və sülh bərqərar olsun”, – deyə Fakir yazıb.

Aut.az