Dünya futbolu

Səmədov ayrılıq xəbərini verdi

Rusiya millisinin keçmiş oyunçusu Aleksandr Səmədov “Fakel”in baş skautu vəzifəsindən ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə Voronej klubunun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin müqaviləsi iyunun 15-də başa çatır. O, 2022-ci ildən komandadadır.

“Bu, mənimlə əbədi qalacaq unudulmaz bir təcrübədir. Birlikdə işləmək imkanı qazandığım hər kəsə, klubun irəliləməsinə kömək edən hər kəsə təşəkkür edirəm. Klub azarkeşlərinə hörmətimi bildirmək istəyirəm – siz xüsusisiniz “, – deyə “Fakel”in mətbuat xidməti Səmədovun sözlərini sitat gətirib.

Aut.az