Lisenziyası yoxdur – “Monako” hər oyun 25 min cərimə ödəyəcək
Filipe Luisin lisenziyası olmadığı üçün “Monako” cərimə ilə üzləşə bilər.
Aut.az xəbər verir ki, daha əvvəl 40 yaşlı mütəxəssisin Liqa 1 komandasına rəhbərlik edəcəyi və iki illik müqavilə imzalayacağı açıqlanmışdı.
“Bayer Leverkuzen” də braziliyalı mütəxəssisi təyin etməkdə maraqlı idi, lakin almanlar bir problemlə qarşılaşdılar: Filipenin Avropa ölkələrində işləməyə imkan verən məşqçilik lisenziyası yoxdur.
“Sky Sport”un jurnalisti Florian Plettenberq yazır ki, onun lisenziyası yalnız Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) daxil olan ölkələri əhatə edir.
Leverkuzen klubu məsələni UEFA ilə danışıqlar yolu ilə həll etməyə çalışıb, lakin bunun vaxt aparacağını nəzərə alıb onunla əməkdaşlıqdan vaz keçib.
“Monako” da öz növbəsində Filipe Luisin rəhbərliyi altında hər oyun üçün 25.000 avroya qədər cərimə ödəməyə hazırdır. Qeyd olunur ki, CONMEBOL lisenziyasının sahibi üç il baş məşqçi olduqda avtomatik olaraq UEFA lisenziyası ilə eyni status qazanır. Filipe Luis “Flamenqo”ya təxminən 18 ay rəhbərlik edib.
Aut.az
