Dünya futbolu

Mbappenin qardaşı bu ölkənin yığmasını seçəcək?

“Lill”in hücumçusu Eton Mbappe Əlcəzair millisinin formasını geyinə bilər.

Aut.az xəbər veri ki, bu barədə “WinWinAfrique” məlumat yayıb.

Əlcəzair Futbol Federasiyası Fransa yığmasının kapitanı Kilian Mbappenin kiçik qardaşını milli komandaya cəlb etməyə ümidlidir. 18 yaşlı futbolçu indiyədək Fransa gənclər millisindən dəvət almayıb.

Cari mövsümdə Eton Mbappe Fransa çempionatında keçirdiyi 5 oyunda 2 qol vurub. “Transfermarkt” portalı gənc hücumçunu 5 milyon avro dəyərində qiymətləndirir.