Basketbol

Dünya çempionatı: Azərbaycan millisi mübarizəyə başlayır

Bu gün Polşanın Varşava şəhərində FIBA ​​3×3 qadın basketbolu üzrə dünya çempionatı başlayır.

Aut.az xəbər verir ki, Erika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət Azərbaycan millisi də ilk sınağına çıxır.

A qrupunda yer alan yığma yarışın ilk günündə iki oyun keçirəcək. Komandamız Madaqaskar və Niderland seşmələri ilə qarşılaşacaq.

Dünya çempionatı
A qrupu
1 iyun

19:05. Azərbaycan – Madaqaskar
22:20. Niderland – Azərbaycan

Azərbaycan qrupdakı növbəti oyunlarını iyunun 3-də Çexiya və Polşaya qarşı keçirəcək.

Yarışa iyunun 7-də yekun vurulacaq.