ÇL-in kubokunu meydana bu iki əfsanə gətirəcək
30 mayda Budapeştdə 2025/26 mövsümünün Çempionlar Liqasının final oyunu keçiriləcək və PSJ “Arsenal”la qarşılaşacaq.
Aut.az xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, ” Arsenal”ın əfsanəvi fransız hücumçusu Tyerri Anri və PSJ-nin keçmiş müdafiəçisi Presnel Kimpembe Çempionlar Liqası kubokunu meydana gətirəcəklər.
Ənənəvi olaraq, kubok finaldan əvvəl finalçı klubların iki keçmiş oyunçusu tərəfindən təqdim olunur.
Anri 2006-cı ildə “Arsenal”la Çempionlar Liqasının finalında oynayıb, lakin “Barselona”ya uduzub. Kataloniya klubuna keçdikdən sonra Anri 2009-cu ildə ÇL-in qalibi olub.
30 yaşlı Kimpembe, “Qatar SC”-yə keçməzdən əvvəl ötən il PSJ ilə Çempionlar Liqasını qazanıb.
Aut.az
