Çempionlar Liqası

Qvardiola: “Siti” Çempionlar Liqasını qazana bilməz

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının hazırkı vəziyyətdə Çempionlar Liqasını qazanmağa qadir olduğuna inanmır.

Aut.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bunu “Sky Sports”a açıqlamasında deyib:

“Hazırda “Siti” Çempionlar Liqasını qazana bilməz. Mən çox praqmatikəm. Reallıq reallıqdır. Rəqib komandaların bizdən daha çox təcrübəsi var.

Sabah oynamalı olsaydıq, çətin olardı, amma iki həftə sonra hansı mövqedə olacağımızı bilmirəm. Yaxşı hazırlaşacağıq və sınaqdan keçirəcəyik və nə baş verdiyini görəcəyik. Bəlkə bəxtimiz gətirər.

Bilmirəm, bizə qarşı oynamaqdan məmnundurlar, amma şikayət yoxdur. Onlardan biri yarışın “kral”ı, digəri isə ikinci və ya üçüncüsüdür. Onların hər ikisinin turnirdə qalib olmaq təcrübəmiz var. Biz bu yarışı min problemlə oynayırıq. Onlar indi bizdən daha yaxşı ola bilər, amma iki həftə sonra nə olacağını heç kim bilmir”.

“Şəhərlilər” əsas mərhələnin son turunda “Brügge” üzərində qələbə qazanaraq (3:1) pley-offa vəsiqə qazanıb. İngiltərə təmsilçisi bu mərhələdə ya “Real” , ya da “Bayern” ilə oynayacaq.

Aut.az