İspaniya millsində “Rea”lın futbolçusunun olmamasına Kasilyasdan reaksiya
“Real Madrid”in keçmiş qapıçısı İker Kasilyas İspaniya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə “Real Madrid” oyunçusunun olmamasına münasibət bildirib.
Aut.az xəbər verir ki, Kasilyas İspaniya mətbuatına açıqlamasında deyib:
“Real” gənclər sisteminin məhsulu və ispaniyalı olduğum üçün klubdan heç bir oyunçunun milli komandaya çağırılmamasından məyus oldum. Bu, çətindir”, – Kasilyas bildirib.
“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike İkerdən milli komandanın heyətində səkkiz “Barselona” oyunçusunun olmasından narahat olub-olmadığını soruşub.
“Hər şeyin öz prosesi var, əzizim. “Barselona”nın bu qədər oyunçu yetişdirməsi üçün klub ciddi maliyyə böhranından sağ çıxmalı idi və bu da onları akademiyaya etibar etməyə məcbur etdi. Sonra bu uşaqların uyğun olub-olmaması məsələsi var. Amma buna nail olmaq üçün əvvəlcə onlara etibar etmək və sabit oyun vaxtı vermək lazım idi”, – deyə Kasilyas cavab verib.
Aut.az
