Azərbaycan futbolu

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.

Aut.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da keçirilən matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib – 1:0. İsa Atayev 36-cı dəqiqədə fərqlənib.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.