Türkiyə

“Qalatasaray” “Fənərbağça”nın istədiyi ulduzla maraqlanır

“Qalatasaray”  növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, İstanbul təmsilçisi “Milan”ın portuqaliyalı vingeri Rafael Leao ilə maraqlanır.

Mənbə bildirir ki, “Qalatasaray” 26 yaşlı futbolçuya vergilər çıxıldıqdan sonra illik 10 milyon avro maaş təklif etməyə hazırdır. Potensial transferin məbləğinin isə 40-50 milyon avro arasında dəyişə biləcəyi qeyd olunur.

Maraqlıdır ki, Leao ilə digər Türkiyə klubu “Fənərbağça” da maraqlanır. Hazırda isə Türkiyə təmsilçilərindən heç biri futbolçunun transferi ilə bağlı “Milan”la rəsmi əlaqə saxlamayıb.

Bununla belə, Leaonun nümayəndələri Avropanın aparıcı liqalarından konkret təkliflər gözləyir.

Portuqaliyalı futbolçunun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, Rafael Leaunun bazar dəyəri 65 milyon avro qiymətləndirilir.

Aut.az