“Qalatasaray” – “Fənərbağça” oyunu Xankəndidə keçirilsin” – Təklif
Türkiyəli siyasətçi Sinan Oğan “Qalatasaray” ilə “Fənərbağça” arasında Türkiyə Superkubok matçının Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təklif edib.
Aut.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
Oğan postunda bunları yazıb:
“Oyunu ölkə xaricində keçirmək istəyirsinizsə, Xankəndi stadionunu təklif edirəm. Əks halda, bu final paytaxta yaraşar”.
Türkiyə Superkubokunda dünən Səudiyyə Ərəbistanında keçirilməli olan “Qalatasaray” – “Fənərbağça” görüşü ləğv olunub. Buna səbəb ərəblərin Türkiyə himnin oxunmasına və komandaların Atatürkün fotosu olan köynəklərə məşqə çıxmasına icazə verməməsi olub.
