Azərbaycan futbolu

Ucar və Kürdəmir komandaları çempionatdan kənarlaşdırıldı

AFFA İntizam Komitəsi U-10 Liqasında çıxış edən iki komandanı çempionatdan kənarlaşdırıb.

Aut.az xəbər verir ki, bunlar Ucarın “Lokomotiv” və Kürdəmirin eyniadlı kollektivləridir.

Ucar təmsilçisi “Şamaxı” ilə oyunda təyin edilən vaxtda meydanda olmayıb və 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu, üçüncü dəfə təkrarlandığından komanda yarışdan uzaqlaşdırılıb.

“Kürdəmir” isə Göyçayın “Çinar” kollektivi ilə qarşılaşmada meydanda olmayıb və bu, üçüncü dəfə baş verib.

U-13 Liqasındakı “Troya” və “Atletico Baku” texniki məğlubiyyət alıb. “Troya” İOEUGİM ilə matçda meydana çıxmayıb, “Atletico Baku”nun “Zirə” ilə oyununda isə yetərsay olmayıb.