Digər

Sosial medianın ulduzları kimlərdir?

Sosial media meneceri fəaliyyəti ilə məşğul olan “Hopper HQ” şirkəti 2023-cü ilin nəticələrinə əsasən dünya idman ulduzlarının reytinqini açıqlayıb.

Aut.az xəbər verir ki, birinci sırada “Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Onun ən yaxın izləyicisi əzəli rəqibi, “İnter Mayami”nin hücumçusu Lionel Messi olub.

Hindistanlı kriketçi Virat Kohli üçüncü yerdədir. “Əl-Hilal”ın hücumçusu Neymarı dördüncü pillədə qərarlaşıb. Beşinci yerdə “Los-Anceles Leykers”in basketbolçusu LeBron Ceymsdur.