“Qalatasaray”a cavab gözləməkdən bezdi və…
PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes “Qalatasaray”ın müqavilə təklifinə hələ də cavab verməyib.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb. Bildirilir ki, İstanbul nəhəngi onunh cavabını gözləməyərək, müdafiənin mərkəzini gücləndirmək üçün başqa futbolçu axtarışına başlayıb.
Daha əvvəl İstanbul klubunun futbolçuya 3 illik müqavilə, parislilərə isə 6 milyon avro məbləğində təzminat təklif etdiyi bildirilirdi.
Paredes 2019-cu ildə 40 milyon avroya “Zenit”dən PSJ-yə keçib. O, ötən mövsümü icarə əsasında “Yuventus”da keçirib.
Aut.az
