“Real”da prezident seçkiləri – Onun namizədliyi qeydə alındı
“Real Madrid ” klubu Enrike Rikelmeni klub prezidentliyinə namizəd kimi qeydiyyatdan keçirib.
Aut.az xəbər verir ki, bu barədə “Real Madrid İnfo” məlumat yayıb.
“Real Madrid”də prezident seçkiləri 7 iyun, bazar günü keçirilə bilər. 31 may tarixi də nəzərdən keçirilir.
Enrike Rikelme klubun hazırkı prezidenti Florentino Peresdən ən azı bir debat keçirməsini tələb etmək niyyətindədir.
Aut.az
