Zidanın oğlu klubunu dəyişdi
Əfsanəvi Zinəddin Zidanın oğlu, qapıçı Luka Zida “Qranada”nın futbolçusu olub.
Aut.az xəbər verir ki, “ağ-qırmızılar” 26 yaşlı futbolçunu təzminat ödəyərək “Eybar”dan heyətinə qatıb. Luka yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2023/24 mövsümündə Zidan Sequnda Divizionunda “Eybar”ın heyətində 44 oyun keçirib və 50 qol buraxıb.
Aut.az
