ÇL-ə birbaşa vəsiqə qazanan bütün komandalar müəyyənləşdi
2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanan 29 komandanın hamısı müəyyənləşib.
Aut.az xəbər verir ki, Siyahıya son olaraq İtaliya təmsilçiləri “Roma” və “Komo” əlavə olunub. Bu klublar daha əvvəl iştirakını rəsmiləşdirən 27 komandaya qoşulub.
Çempionlar Liqasının əsas mərhələsindəki son 7 yer isə avqustun sonunda keçiriləcək təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.
Birbaşa vəsiqə qazanan komandalar:
İspaniya: “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Betis”
Almaniya: “Bavariya”, “Borussiya Dortmund”, “Leypsiq”, “Ştutqart”
İngiltərə: “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul”
Fransa: PSJ, “Lans”, “Lill”
İtaliya: “İnter”, “Napoli”, “Roma”, “Komo”
Portuqaliya: “Sportinq”, “Porto”
Niderland: PSV, “Feyenoord”
Türkiyə: “Qalatasaray”
Ukrayna: “Şaxtyor”
Çexiya: “Slaviya”
Belçika: “Brügge”
