“Liverpul”u “Tottenhem”ə dəyişir: Müqavilə imzalandı
“Liverpul”un müdafiəçisi Endryu Robertson “Tottenhem”ə transfer olunur.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, transfer artıq təsdiqlənib və tamamlanıb. Futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Şotlandiyalı müdafiəçi “Tottenhem”ə azad agent kimi keçəcək, çünki onun “Liverpul”la mövcud müqaviləsi yayda başa çatır.
Robertson 2017-ci ildə “Haddersfild Taun”dan “Liverpul”a 9 milyon avroya transfer olunmuşdu. O, Mersisayd klubunda bütün turnirlərdə 378 matça çıxaraq 14 qol vurub və 69 məhsuldar ötürmə edib. Transfermarkt onun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Aut.az
