Çempionlar Liqasıİngiltərə

Haaland ondan qorxduğu üçün “Real”la oyuna çıxmayıb

“Mançester Siti” ötən gecə Çempionlar Liqasının 1/16 final mərhələsinin cavab oyununda “Real”a 1:3 hesabı ilə məğlub olaraq turnirlər vidalaşıb (ümumi hesab 3:6).

Aut.az xəbər verir ki, “şəhərlilər”in hücumçusu Erlinq Haaland bu matçda meydana çıxmayıb. Norveçli futbolçu baş məşqçi Pep Qvardiolaya özünü yaxşı hiss etmədiyi bildirib.

Keçmiş futbolçu, indi isə futbol eksperti kimi çalışan Ceymi Karraqer norveçlini qorxaqlıqda ittiham edib:

“İcazə verin bunu düz başa düşüm. Bizə dedilər ki, Haaland baş məşqçinin yanına gələrək özünü yaxşı hiss etmədiyini və “Reala”a qarşı oynaya bilməyəcəyini bildirib. Bəlkə də Antonio Rüdigerə qarşı oynamaqdan qorxub. O, zədələnmək istəmədiyi üçün bütün matç boyu ehtiyat oyunçular skamyasında oturdu.

Heç ağlıma da gəlməzdi ki, baş məşqçinin yanına gedib xəstə olduğumu, oynaya bilmədiyimi etiraf edim. Səbəb budur: o, Rüdigerlə yollarının kəsişməsini istəmirdi”.

Aut.az