Azərbaycan futbolu

Əvəzedicilər Liqasında çempion bilindi

Əvəzedicilər Liqasında 2025/26 mövsümünün qalibi məlum olub.

Aut.az xəbər verir ki, sonuncu turda “Araz-Naxçıvan-2″ni darmadağın edən (4:0) “Sabah-2” çempionluğunu elan edib.

“Bayquşlar” 27 turdan sonra 59 xalla qızıl medalı qazanıb. Komanda ardıcıl ikinci dəfə çempion olub.