“Neftçi” Tovuzda bu səbəbdən dəstəksiz qalıb
Azərbaycan Premyer Liqasının 33-ci turunda “Turan Tovuz”un qonağı olan “Neftçi”nin dəstəksiz olduğu barədə məlumat vermişdik. “Ağ-qaralar”ın səfər oyununda dəstəksiz qalmasının səbəbi məlum olub.
Aut.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin “Forza Neftçi” azarkeş qrupu hazırda Tovuzdadır. Fanatlar arenaya qədər gəliblər. Hətta bu barədə paylaşım da ediblər.
Onlar stadiona daxil olarkən polis yoxlamasından keçiblər. Bu zaman azarkeşlərdən birinin içkili olduğu və içəri buraxımayacağı bildirilib. Bu digər azarkeşlər tərəfindən müsbət qarşılanmayıb və arenaya girməkdən imtina ediblər.
