MY pusquda: Premyer Liqanı tərk etsələr, onları “oğurlayacaqlar”
“Vest Hem” klubunun iki futbolçusu yay transfer pəncərəsində “Mançester Yunayted”ə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “qırmızı şeytanlar”ın maraq dairəsində yarımmüdafiəçi Mateuş Fernandes və vinger Carrod Bouen yer alır. Mançester təmsilçisi “çəkiçdöyənlər”in Premyer Liqanı tərk edəcəyi halda bu futbolçuları transfer etməyə cəhd göstərə bilər.
İngiltərə çempionatının son turu ərəfəsində “Vest Hem” 36 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzədir.
Komanda mövsümün son matçında bu gün, mayın 24-də doğma meydanda “Lids”i qəbul edəcək.
