Basketbol

Rusiya klubları Avroliqaya qayıdır?

Avroliqanın prezidenti Deyan Bodiroqa Rusiya klublarının turnirə mümkün qayıdışı barədə danışıb.

Rusiya komandaları 2022-ci ildən bəri siyasi səbəblərə görə Avroliqadan kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, Bodiroqa TASS-a verdiyi müsahibədə bildirib:

“Biz vəziyyəti, baş verənləri izləyirik. Amma hələlik deyə biləcəyimiz tək şey budur”.

Bir neçə gün əvvəl Bodiroqa Rusiyaya səfər etmiş və VTB Birləşmiş Liqasının yarımfinalında Moskvanın ÇSKA və Krasnodarın “Lokomotiv-Kuban” komandaları arasında keçirilən oyunu izləmişdi.

Aut.az