Basketbol

“Fənərbağça”da braziliyalı ulduz

Raul Neto (31 yaş, 185 sm) İstanbulun “Fənərbağça” klubu ilə müqavilə imzalamağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə “Astronaut Hoops” məlumat yayıb.

Müdafiəçi son 8 ili MBA-da keçirib. Braziliyalı basketbolçu bu müddət ərzində 4 komanda dəyişib. Son mövsümdə pleymeyker Klivlend komandasında çıxış edib.

2022/2023 mövsümündə o, komandasının heyətində 48 oyunda meydançada olub. Netonun orta statistik göstəriciləri 3,3 xal və 1,6 məhsuldar ötürmə təşkil edib.