Qaydasız döyüş

Usmandan Həmzətin məğlubiyyətinə reaksiya: Onun məşqçisi kimdir?

Keçmiş UFC çempionu, nigeriyalı Kamaru Usman Nyuarkda (ABŞ) keçirilən UFC 328 turnirində Həmzət Çimayevin Şon Striklendlə döyüşdəki məğlubiyyətini şərh edib.

Aut.az xəbər verir ki, “Pound 4 Pound” Usmandan sitat gətirib:

“Onun məşqçisi kimdir? Ona kim məsləhət verir? Tsarukyan? Titul uğrunda mübarizə aparan başqa bir döyüşçü… Bu, onun məşqçisidirmi? Tsarukyan onun baş məşqçisidir? Onun zərbə məşqçisi, MMA məşqçisi kimdir?

Onun belə bir məşqçiyə ehtiyacı var. Təsəvvür edin ki, Həmzət Çimayevin tam ştatlı məşqçisi olsaydı, nə qədər yaxşı ola bilərdi”.

Aut.az