Dünya futbolu

Luis Enrike “Ən yaxşı baş məşqçi” mükafatını ona uduzdu

Fransa Peşəkar Futbolçular Milli İttifaqı (UNFP) Fransa çempionatında mövsümün ən yaxşı baş məşqçisinin adını açıqlayıb.

Aut.az xəbər verir ki,  bu ada “Lans”a rəhbərlik edən 47 yaşlı mütəxəssis Pyer Saj layiq görülüb.

Yekun səsvermədə Saj PSJ-nin baş məşqçisi Luis Enrike, “Lion”un çalışdırıcısı Paulu Fonseka, “Lill”in baş məşqçisi Bruno Jenezio və “Loryan”a rəhbərlik edən Olivye Pantalonini qabaqlayıb.

Pyer Sajın rəhbərliyi altında “Lans” 32 oyunda 67 xal toplayıb və Liqa 1-in turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Aut.az

Pierre Sage, le coach jamais considéré à l'OL qui fait des merveilles à Lens  | Goal.com Français