Dünya futbolu

Məhkəmə həbsdə olan futbolçunun vəsatətlərini rədd etdi

Amsterdam Apelyasiya Məhkəməsi “Spartak Moskva”nın keçmiş futbolçusu Kuinsi Promesin məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi tələbi ilə bağlı qərarını açıqlayıb.

Bu tələb əvvəllər onun müdafiə tərəfi tərəfindən irəli sürülmüşdü.

Aut.az xəbər verir ki, TASS məhkəmənin mətbuat katibi Melissa Zijlstranın sözlərinə istinadən bildirib ki, “Amsterdam Apelyasiya Məhkəməsi Promesin vəkillərinin məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi ilə bağlı vəsatətini rədd edib. “Spartak”ın keçmiş futbolçusunun müdafiəsi tərəfindən ilkin dinləmə zamanı irəli sürülən bütün digər vəsatətlər də rədd edilib”.

2025-ci ilin yayında Promes BƏƏ-dən Niderlanda ekstradisiya edildi. Bundan əvvəl, vətənindəki məhkəmə onu narkotik qaçaqmalçılığı və qohumunu bıçaqlamağa görə ümumilikdə yeddi il yarım həbs cəzasına məhkum etmişdi.

Aut.az