Dünya futbolu

Görün Paris otelində kimlər görüşüb – FOTO

Moskvanın ÇSKA və Fil Dişi Sahili millisinin sabiq hücumçusu Seydu Dumbiya ordu komandasının daha bir sabiq futbolçusu, braziliyalı hücumçu Vaqner Lav ilə görüşüb.

Aut.az xəbər verir ki, görüş Paris otellərindən birində baş tutub. Dumbiya sosial şəbəkədə şəkil paylaşaraq belə yazıb:

“Uzun illərdən sonra səni yenidən görmək necə də xoşdur, Vaqner! Meydandakı anlarımızın xatirələri hələ də çox canlıdır. Şadam ki, səninlə paltardəyişmə otağını bölüşdüm və əla duet yaratdıq”.

Keçmiş komanda yoldaşları Parisdə oteldə bir araya gəlib. Xatırladaq ki, 40 yaşlı Vaqner Lav Braziliyanın B Seriyasında çıxış edən “Avai” klubunda çıxış edir, 36 yaşlı Seydu Dumbiya isə peşəkar futbolçu karyerasını 2021-ci ilin iyununda başa vurub.

Görün Paris otelində kimlər görüşüb – FOTO

Aut.az