Dünya futbolu

Messi qol vurdu, ABŞ-da ilk kuboku qazandı – VİDEO

“Neşvil” və “İnter Mayami” komandalarının qarşılaşdığı MLS + MX Liqa Kubokunun final oyunu başa çatıb.

Aut.az xəbər verir ki, komandalar Neşvildə (ABŞ) “Geodis Park” stadionunda qarşılaşıblar. Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə “İnter Mayami”nin futbolçuları daha dəqiq olub.

Matçın 23-cü dəqiqəsində argentinalı hücumçu Lionel Messi komandasının heyətində növbəti qolunu vuraraq hesabı açıb. Fasiləyə qədər başqa qol vurulmayıb. Matçın 57-ci dəqiqəsində Fabris Piko ev sahiblərinin qolunu vuraraq görüşdə hesabı bərabərləşdirib.

Oyunsonrası penaltilər seriyasında “İnter” 10:9 hesabı ilə qalib gəlib. Messi penalti seriyasında da dəqiq olub. Bu, Lionel Messinin yeni klubunda ilk kubokudur.

https://www.youtube.com/watch?v=213KawdbGa4