Millimizin oyununa təyinatlar açıqlandı
Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan – Niderland oyununa təyinatlar açıqlanıb.
Aut.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Görüş sentyabrın 20-də, saat 20:00-da başlayacaq.
DÇ-2024, elit raund
20 sentyabr
20:00 Azərbaycan – Niderland
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (hamısı Kipr)
Hakim-inspektor: Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)
