Çempionlar Liqası

ÇL-in finalını idarə edəcək hakimlər bəlli oldu

UEFA mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da PSJ  və “Arsenal” arasında keçiriləcək Çempionlar Liqasının final oyununa almaniyalı hakim Daniel Ziberti təyin edib.

Aut.az xəbər verir ki, Ziebertin köməkçiləri Yan Saydel və Rafael Foltin (hər ikisi Almaniyadan), 4-cü hakim Sandro Şerer (İsveçrə), ehtiyat hakim isə Quadalupe Porras Ayusodur (İspaniya).

VAR sisteminə  Bastian Dankert (Almaniya), onun köməkçiləri isə Robert Şröder və Karlos del Serro Qrande (İspaniya) olacaq.

Qeyd etmək lazımdır ki, Ziebert cari Çempionlar Liqasında doqquz oyun idarə edib, 41 sarı və 2 qırmızı vərəqə göstərib və bir penalti təyin edib. O, “Sportin” – “Arsenal” (0-1), “Arsenal” – “Atletiko” (1-0) matçlarında, eləcə də “Atletik” – PSJ matçında (0-0) hakimlik edib.

Aut.az