Çempionlar Liqası

UEFA Emrelinin adını ləğv etdi, avtoqol qeydə aldı

UEFA Xorvatiya “Dinamo”sunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Astana”ya qarşı keçirdiyi matçda ilk qolun müəllifini dəyişib.

Aut.az xəbər verir ki, əvvəlcə qol “Dinamo”nun hücumçusu Mahir Emrelinin adına yazılıb.

Lakin epizodu nəzərdən keçirən UEFA onu “Astana”nın müdafiəçisi Aleksandr Maroçkinin adına avtoqol kimi qeyd edib.

Xatırladaq ki, “Dinamo” rəqibinə 4:0 və 2:0 qalib gələrək növbəti mərhələyə adlayıb.