Çempionlar Liqasıİngiltərəİspaniya

“Real”da hər kəs “Siti”ni məğlub edəcəyinə əmindir

“Real”ın baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis komanda olaraq qələbə qazanacaqlarını inandıqlarını bildirib:

“Bu, böyük gün olacaq, Çempionlar Liqası gecəsinin atmosferi yaşanacaq. Azarkeşlər son illərdə Çempionlar Liqasını qazanan komanda ilə qarşılaşmanın nə qədər çətin olacağını bilirlər. Biz isə öz işimizə fokuslanmışıq. “Real”da hər kəs “Siti”ni məğlub edəcəyimizə əmindir”.

Qarşılaşma 10 dekabrda “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Oyunun startı Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.