Dünya futbolu

Arda Turan “Şaxtyor”la çempion oldu

Lvov Arenasında Ukrayna Premyer Liqasının 27-ci turunun son qarşılaşması keçirilib.

Aut.az xəbər verir ki, mominal meydan sahibi olan “Poltava” Donetsk “Şaxtyor”unu qəbul edib. “Şaxtyor”a çempionluğu vaxtından əvvəl rəsmiləşdirmək üçün bu oyunda məğlub olmamaq kifayət edirdi.

Lakin Arda Turanın rəhbərlik etdiyi komanda minimum hədəflə kifayətlənməyərək 4:0 hesablı inamlı qələbə qazanıb və vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.

Qeyd etmək lazımdır ki, bu, “Şaxtyor”un 16-cı Ukrayna çempionluğu tituluna sahibidir. “Dinamo Kiyev” 17 dəfə milli çempionluq qazanaraq tarixdə ən çox titul qazanan komanda olaraq qalır.

Aut.az