Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburq “Zenit”ində məşqçi işləyən Anatoli Timoşuk sənədləri saxtalaşdırmaqda ittiham olunur.
Aut.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, Timoşuk Rumıniya vətəndaşlığını almağa cəhd göstərib.
“Bu məsələdə ən biabırçı şey Timoşçukun saxta sənədlər təqdim etməsidir. Rumıniya miqrasiya xidmətinə sənədlər paketi – Timoşçukun şəcərəsi daxil olub. Və bu sənədlərə görə, voliniyalı Timoşçukun bukovinli olduğu iddia edilir. Daha doğrusu, nənəsi 1929-cu ildə Rumıniyada anadan olub. Düzdür, Ukrayna sənədlərində belə nənə yoxdur, hətta onun varlığından yaxınlarının da xəbəri yoxdur.
Rumıniya hakimiyyətinin Timoşukla bağlı qərarını bilmirik, lakin hüquqşünaslar xatırladırlar ki, o, ilk növbədə Ukrayna qanunvericiliyini pozur. Ukrayna Cinayət Məcəlləsinin 358-ci maddəsinin birinci hissəsinə əsasən, “rəsmi sənədin saxtalaşdırılması”na görə 5 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası var”, – mənbə yazır.
“O necə rumıniyalıdır? Onun, Tolikin valideynlərindən yuxarı mənzildə yaşayan bir nənəsi var. Bundan əvvəl o, Novovolınskdə yaşayırdı, çünki babası mədənçidir. Hamısı Volındandır”, -futbolçunun sabiq həyat yoldaşı Nadejda Timoşuk deyib.
Yanvar ayında Ukrayna prezidenti Vladimir Zelenski Timoşuku bütün dövlət mükafatlarından məhrum edib.
Aut.az