İngiltərə

Tarix Artetanın “Arsenal”ını unudacaq – “Yunayted”in əfsanəsi

“Arsenal” tarixi bir nailiyyətə bir addım qalıb – “topçular” nəhayət Çempionlar Liqasının finalına vəsiqə qazanıblar. Tyerri Anri turnirdəki qələbənin Mikel Artetanın komandasına “Unudulmaz” titulunu qazandıracağına inanı.

Aut.az xəbər verir ki, amma Pol Skoulz həmkarı ilə razı deyil. “Stick to Football” podkastının son bölümündə “Mançester Yunayted” əfsanəsi öz fikrini bölüşüb – tarix Artetanın komandasını unudacaq:

“Düşünmürəm ki, bu, indiyə qədər gördüyümüz ən yaxşı titul qazanan komandadır. Və düşünmürəm ki, uzun illər sonra bu komanda haqqında möhtəşəm “Mançester Yunayted” kimi danışılacaq.

Bəli, həmişə top klubları məğlub etmək məcburiyyətində deyilsən və onlar son dörd, beş, altı ilin ən yaxşı komandaları olan “Siti” və ya “Liverpul”u məğlub etməyiblər. Buna görə də düşünmürəm ki, onlardan əla komanda kimi danışılacaq. Əlbəttə ki, bu cür matçlarda qalib gəlmədən çempion olmaq mümkündür. Amma həqiqətən də əla komanda belə rəqibləri məğlub etməlidir.

Onlar “Siti”ni, “Liverpul”u məğlub etmədilər, amma “Yunayted” onları məğlub etdi. Qazanmağın bir çox yolu var, amma sadəcə onu demək istəyirəm ki, “Arsenal” mənim daim izləmək istədiyim komanda deyil. Biz yalnız mərkəz müdafiəçilərinin topu ətrafa ötürmələrini gördük. Bu, sadəcə darıxdırıcıdır”.

Aut.az