İspaniya

“Real” dava salan futbolçuları satacaq?

“Real Madrid” futbolçular arasında baş verən son münaqişədən sonra Federiko Valverde və Aurelien Tçuameni ilə yolları ayırmaq niyyətində deyil.

Aut.az bu barədə “El Mundo”ya istinadən məlumat verir.

Daha əvvəl komandanın məşqlərindən birindən sonra yarımmüdafiəçilər arasında qarşıdurma baş verdiyi barədə məlumatlar yayılmışdı. Mənbənin sözlərinə görə, məşq zamanı gərginlik yaranıb və münaqişə daha sonra paltardəyişmə otağında davam edib.

Valverdenin hadisə nəticəsində başından xəsarət aldığı bildirilir.

Hadisədən sonra Madrid klubunun rəhbərliyi daxili iclas keçirib və intizam araşdırması başlayıb, bundan sonra hər iki oyunçuya külli miqdarda cərimələr tətbiq edilib.

Eyni zamanda, “Real Madrid” nə Valverde, nə də Tçuameni satmağı düşünmür, çünki hər iki oyunçu həm hazırda, həm də uzunmüddətli perspektivdə komandanın vacib bir hissəsi hesab olunur.

Aut.az