Dünya futbolu

Braziliyanın ilkin heyəti bəllidir – Neymar var?

Braziliya millisinin Dünya Kuboku üçün ilkin heyəti bəlli olub.

Aut.az xəbər verir ki, Karlo Ançelotti ilkin heyət üçün 55 oyunçunu seçib. Jurnalist Dioqo Dantasın sözlərinə görə, siyahıda 2023-cü ilin payızından bəri komandada oynamayan “Santos”un hücumçusu Neymar da var.

“Çelsi”nin 18 yaşlı zədəli oyunçusu Estevao Villian da siyahıya daxildir. Xatırladaq ki, 2026-cı il Dünya Kuboku üçün yekun heyətdə yalnız 26 oyunçu olmalıdır. Braziliya Mərakeş, Şotlandiya və Haiti ilə eyni qrupda oynayacaq.

Aut.az